ABŞ şirkətindən təyyarə qəzası ilə bağlı açıqlama: Hazırıq
Bizi izləyin

Dünya

ABŞ şirkətindən təyyarə qəzası ilə bağlı açıqlama: Hazırıq

"Heyətimiz Gürcüstanda qəzaya uğrayan C-130 hərbi yük təyyarəsi ilə bağlı araşdırmalara bütün lazımi dəstəyi göstərməyə hazırdır".

Publika.az xəbər verir ki, bunu ABŞ-da yerləşən "C-130 Hercules" təyyarəsinin istehsalçısı "Lockheed Martin" şirkəti bildirib.

Şirkət təyyarədə həlak olanlara görə başsağlığı verərək, gedişata lazımi dəstəyi göstərməyə sadiq olduğunu bəyan edib.

Qeyd edək ki, qəza Gürcüstan-Azərbaycan sərhədindən təxminən 5 kilometr aralıda baş verib. Qəzanın səbəbləri hələlik məlum deyil.

Roza

Oxumağa davam et
Reklam
Reklam

Gündəm