Dünya
Ərdoğan təyyarə qəzası ilə bağlı detalları açıqladı: Üç ölkənin bütün resursları...
Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Türkiyə Silahlı Qüvvələrinə məxsus C-130 hərbi yük təyyarəsinin qəzaya uğraması ilə bağlı danışıb.
Publika.az xəbər verir ki, Ərdoğan qəzada həlak olanların ailələrinə başsağlığı verib.
“Vətənimizin 20 oğlu şəhid oldu. Uca Rəbbim şəhidlərimizin məkanını cənnət eləsin. Şəraitdən asılı olmayaraq, vətənimiz, millətimiz və dövlətimizin təhlükəsizliyi üçün canını vermək şübhəsiz ki, ən böyük və ən şərəfli fədakarlıq və qəhrəmanlıqdır. Bir millət olaraq şəhidlərimizə unudulmaz minnətdarlıq borcumuz var”, - Ərdoğan bildirib.
Türkiyə prezidenti vurğulayıb ki, hadisə yerində axtarış-xilasetmə işləri davam edir. Onun sözlərinə görə, Türkiyə Gürcüstan ilə əməkdaşlıq edərək pilotsuz uçuş aparatlarından istifadə edib. Ərdoğan həmçinin Azərbaycan Prezidenti İlham Əliyev və Gürcüstan Baş naziri İrakli Kobaxidze ilə telefonla əlaqə saxladığını bildirib.
“Türkiyə, Gürcüstan və Azərbaycanın bütün resursları qəhrəmanlarımız üçün səfərbər edilib. Lazımi araşdırmalar diqqətlə aparılacaq və hadisənin bütün aspektləri tam şəkildə aydınlaşdırılacaq. Milli Müdafiə Nazirliyimiz və Rabitə İdarəmiz ictimaiyyəti müntəzəm olaraq məlumatlandıracaq”, - deyə Ərdoğan əlavə edib.
O, vətəndaşları manipulyasiyalara və dezinformasiyaya qarşı ayıq olmağa çağırıb.
Roza
-
Nəqliyyat18:30Bakıda axşam tıxacı: Bu yollar keçilməz oldu
-
Ekologiya18:20Baş nazir qərar imzaladı: 2035-ci ilə qədər...
-
Sağlamlıq18:00Gündə on min addım, iki litr su: Mütəxəssisdən mühüm tövsiyə
-
Sosial16:43Bu müavinətlərin ümumi məbləği artırılır
-
Sosial15:30Bu şəxslərə leytenant hərbi rütbəsi veriləcək
-
Rəsmi xronika14:43İlham Əliyev yeni icra başçılarını qəbul etdi - FOTO
-
Nida Xəbər 14:11Qəzaya uğrayan təyyarənin qara qutusu tapıldı
-
Rəsmi xronika13:48Prezident Kürdəmirə yeni icra başçısı təyin etdi























.jpg)





.jpg)

.jpg)


