İŞİD-in mövqeləri bombalandı
Bizi izləyin

Dünya

İŞİD-in mövqeləri bombalandı

ABŞ və koalisiya qüvvələri İŞİD-in Suriya və İraqda mövqələrinə qarşı yeddi hava hücumu təşkil edib.

Publika.az xəbər verir ki, bu barədə Birgə Əməliyyatlar Qrupunun yaydığı bəyanatında bildirilir. Məlumata görə, 6 hava hücumu zamanı İslam Dövləti qrupunun Suriyada Kobani yaxınlığında mövqelərinə zərbələr endirilib. İslam Dövləti qrupunun İraqda Mosul şəhəri yaxınlığında istinadgahı isə bir hava hücumuna məruz qalıb.

Birgə Əməliyyatlar Qrupunun bəyanatında hava hücumlarının şənbə və bazar günləri səhər baş verdiyi bildirilir.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm