ABŞ-da narkomafiya savaşı – 3 ölü
Bizi izləyin

Dünya

ABŞ-da narkomafiya savaşı – 3 ölü

Bazar günü ABŞ-ın Dallas şəhərinin şəxsi evlər yerləşən məhəllələrində atəş səsləri eşidilib.

Sakinlərin çağırışı ilə hadisə yerinə gələn polislər evlərin birində 2 kişinin meyitini tapıb. Daha iki nəfər isə ağır yaralı halda aşkarlanıb.

Yaralılar xəstəxanaya çatdırılıb. Lakin onlardan biri həkimlərin səyinə baxmayaraq keçinib.

Şahidlərin ifadələrinə görə hadisə vaxtı evdə təqribən 10 nəfər olub. Güman edilir ki, onlar hamısı narkotik ticarəti ilə məşğul olan dəstə üzvləri imiş.

Atəş açanlar hadisə yerini tərk edərək gizləniblər. Polis onların axtarışı ilə məşğuldur.

Bu arada Publika. az “İTAR-TASS” agentliyinə istinadən xəbər verir ki, dünən Dallaş şəhərinin ayrı-ayrı yerlərində də atəş səsləri eşidilib. Nəticədə daha 3 nəfər öldürülüb.

Güman edilir ki, narkomafiyalar arasında müharibə başlayıb.

İlqar

Oxumağa davam et
Reklam
Reklam

Gündəm