Dünya
Baş nazirin gərgin iş qrafiki mübahisə yaratdı: "Gündə 2 saat yatıram"
Yaponiyanın Baş naziri Sanae Takaiçinin gərgin iş qrafiki ölkədə müzakirələrə səbəb olub.
Publika.az xəbər verir ki, Yaponiyada həddindən artıq işləmə ilə bağlı qanunvericilik komitəsinin iclasında çıxış edən Takaiçi gündə cəmi 2 saat yatdığını açıqlayıb.
“Hazırda təxminən 2 saat, ən çoxu 4 saat yatıram. Düşünürəm ki, bu, cildim üçün yaxşı deyil”, - o bildirib.
Baş nazir əlavə iş saatlarının iqtisadi artımı təşviq edə biləcəyini, eyni zamanda işçilərin sağlamlığını qorumaq üçün dəyişikliklərə ehtiyac olduğunu vurğulayıb: “Əgər insanların uşaq baxımı və digər məsuliyyətlərini düzgün tarazlaşdıra, boş vaxtlarından istifadə edib dincələ biləcəyi bir mühit yarada bilsək, bu, ideal olar”.
Ötən ay Yaponiyanın ilk qadın baş naziri seçilən Takaiçinin son açıqlamaları ölkədə “həddindən artıq işləməyi təşviq etməsi” kimi reaksiyalar doğurub.
Roza
-
Nida Xəbər 15:57Azərbaycan Rusiyaya nota verdi
-
Rəsmi xronika15:45İlham Əliyev 2 fərman imzaladı
-
Nida Xəbər 14:32Rusiya raket atdı: Səfirliyimizə ciddi ziyan dəydi - VİDEO
-
Avropa14:30Britaniya kəşfiyyatı: İki fərqli Putin var - Qərb hansı ilə vuruşur?
-
İqtisadi gündəm13:04Orta aylıq əməkhaqqı 1087 manata çatıb
-
MDB11:55Zelenskinin dostunu Rusiya bu yola vadar edib: Kiyevdən sensasion iddia
-
Nida Xəbər 11:30Ramiz Mehdiyevlə bağlı gündəmi silkələyəcək ssenari - Yaxın günlərdə…
-
Dünya11:00Türkiyə şəhidləri ilə vidalaşır - VİDEO































.jpg)



