Putin-Tramp görüşü bu tarixdə baş tuta bilər
Bizi izləyin

Dünya

Putin-Tramp görüşü bu tarixdə baş tuta bilər

Rusiya prezidenti Vladimir Putinlə ABŞ prezidenti Donald Tramp arasında Ukrayna münaqişəsinin nizamlanmasına dair mümkün görüşün gələn ilin əvvəlində keçiriləcəyi ehtimal olunur.

Publika.az “Lenta.ru”ya istinadən xəbər verir ki, politoloq Vladimir Şapovalov görüşün 2025-ci ilin əvvəlində baş tutma ehtimalının daha yüksək olduğunu bildirib.

“Rasional yanaşsaq, görüş gələn ilin əvvəlində ola bilər. Çünki ilin sonunda həm vaxt məhduddur, həm də qrafiklər çox sıxdır. Noyabr və ya dekabrda belə bir görüşün keçirilməsi üçün şəraitin yetişməsi praktiki olaraq mümkün deyil”, - Şapovalov qeyd edib.

O, danışıqların yalnız konkret həll təklifləri formalaşdıqdan sonra reallaşa biləcəyini vurğulayıb.

“Sırf dialoqun mövcudluğunu nümayiş etdirmək üçün görüşmək səmərəsizdir. Görüş yalnız tərəflərin mövqeləri bir-birinə yaxınlaşdığı halda baş tuta bilər. ABŞ və müttəfiqləri Rusiyanın mövqeyinin əsaslı olduğunu qəbul etməyə məcbur edildikdən sonra proses irəliləyə bilər”, - politoloq əlavə edib.

Adəm

Oxumağa davam et
Reklam
Reklam

Gündəm