Rusiya səfiri Rumıniya XİN-ə çağırıldı
Bizi izləyin

Dünya

Rusiya səfiri Rumıniya XİN-ə çağırıldı

Rumıniya Xarici İşlər Nazirliyi Rusiya səfiri Vladimir Lipaevi Rumıniya sərhədində pilotsuz uçuş aparatlarının (PUA) fraqmentlərinin aşkar edilməsi iddiası ilə bağlı çağırıb.

Publika.az xəbər verir ki, bu haqda Rumıniya Xarici İşlər Nazirliyi bəyanat yayıb.

Bildirilib ki, “Rumıniya Rusiyanın Buxarestdəki səfirini ölkənin hava məkanını pozmaq ittihamına etiraz etmək üçün çağırıb”.

Qeyd edək ki, noyabrın 11-də Rumıniya Müdafiə Nazirliyi sərhəddən 5 kilometr cənubda pilotsuz təyyarənin fraqmentlərinin aşkar edildiyi barədə məlumat yayıb.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm