Qadını soyduqdan sonra ona təcavüz etdilər
Bizi izləyin

Dünya

Qadını soyduqdan sonra ona təcavüz etdilər

Gürcü əsilli Türkiyə vətəndaşı, 56 yaşlı qadın 4 nəfər kişi tərəfindən təcavüzə məruz qalıb.

Publika.az Türkiyə mediasına istinadən xəbər verir ki, Elazığın Rızaiyə məhəlləsində qeydə alınmış hadisə zamanı cinsi təcavüzə məruz qalmış L.Y.-nin 8 min lirəsi və 3 mobil telefonu da oğurlanıb.

İddiaya görə, 4 nəfər şəxs gecə saatlarında qadının evinin hamamından içəri daxil olublar. Pəncərədən keçən oğrular L.Y.-ni növbə ilə zorladıqdan sonra evdə olan 8 min lirəni və mobil telefonları götürüb hadisə yerindən uzaqlaşıblar. Qadının şikayətindən sonra polis əməkdaşları həmin şəxslərin axtarışına başlayıb. İsti izlərlə cinayətkarları yaxalamaq mümkün olub. Bəlli olub ki, 56 yaşlı qadına E.G., B.Ç., Y.Y. və F.B. adlı şəxslər təcavüz edib. Onlar yaxalandıqları zaman üzərlərində narkotik maddə tapılıb.

Araşdırmalar nəticəsində o məlum olub ki, adıçəkilən şəxslər bir neçə dəfə buna bənzər cinayət törədiblər. Onlar məhkəmənin qərarı ilə həbs olunublar.

Faktla bağlı araşdırmalar davam edir.

Vazeh

Oxumağa davam et
Reklam
Reklam

Gündəm