Putin Donbasda niyə dayandı? – Səbəblər açıqlandı
Bizi izləyin

Dünya

Putin Donbasda niyə dayandı? – Səbəblər açıqlandı

“Prezident Vladimir Putin Donbas hövzəsində münaqişənin gərginləşdirilməsinə getməyəcək. Ancaq eyni zamanda regionda qeyri-sabitliyi dəstəkləyəcək”.

Publika.az-ın verdiyi xəbərə görə, bu barədə Rusiya politoloqu və publisisti Andrey Piontkovski bildirib.

“Putin anlayır ki, hərbi eskalasiyanın səviyyəsini yüksəltmək bir sıra səbəblərdən mümkün deyil. Bu, hər şeydən əvvəl sıfırdan yaradılan Ukrayna ordusunun müqavimətidir. İstənilən ciddi hərbi addım, məsələn, Krıma quru dəhlizinin yaradılması cəhdi minlərlə rusiyalının cəsədinin Rusiyaya geri dönməsi ilə nəticələnəcək. Rusiyanın bir çox şəhərlərinə “Yük-200” gəlir. Putin anlayır ki, qurbanların axınını dayandırmalı olacaq. Bundan başqa, Qərb sanksiyaları gücləndirəcək. Bu isə Rusiyanı ən dərin böhranla hədələyir. Ona görə də hərbi addımlar istisna edilir”, - politoloq qeyd edib.

Rusiyalı politoloq həmçinin bildirib ki, Moskva Ukraynanın ərazi bütövlüyü haqqında riyakarlıqla danışaraq Donbas hövzəsini hərbçilərindən təmizləmək istəmir. Andrey Piontkovskinin sözlərinə görə, Moskva sərhədlər üzərində nəzarəti itirməmək üçün hərbçilərini Donbasda saxlayır.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm