Putini fakt qarşısında qoydular: “Bu versiya növbəti yalandır”
Bizi izləyin

Dünya

Putini fakt qarşısında qoydular: “Bu versiya növbəti yalandır”

“Krım zəbt edilərkən sabiq prezident Viktor Yanukoviç hələ Kiyevdə idi və prezident vəzifələrini icra edirdi”.

Publika.az-ın verdiyi xəbərə görə, bu barədə Rusiya müxalifətçisi Boris Nemtsov “Facebook” səhifəsində yazıb.

“İddia olunur ki, Krımın zəbt edilməsi Yanukoviçin devrilməsi üçün qisasdır. Təşviqatın bu versiyası növbəti yalandır. Krımın zəbti əməliyyatı Olimpiada zamanı başlanmışdı", - Nemtsov yazıb.

Xatırladaq ki, XXII Qış Olimpiya oyunları 2014-cü ilinə 7-23 fevral tarixlərində keçirilib. Prezident Viktor Yanukoviç isə beynəlxalq idman yarışının başa çatmasından bir gün əvvəl – 22 fevralda Kiyevdən qaçıb. Krımda müstəqillik referendum martın 16-da keçirilib və iki gün sonra muxtar respublika Rusiyaya birləşdirilib. Amma yarımada ərazisində fərqləndirici nişanları olmayan rus hərbçilərinin yerləşdirilməsi prosesi xeyli əvvəl başlayıb. Çox güman ki, Nemtsov də məhz bu məqamı nəzərdə tutur.

“Mənim fikrimcə, bu, Olimpiya Oyunlarının gedişatında ərazilərin ilk tutulması hadisəsidir. Belə bir hadisəni bəşəriyyət xatırlamır”, - rusiyalı siyasətçi əlavə edib.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm