Gəmi batdı - ekipaj üzvü həlak oldu
Bizi izləyin

Dünya

Gəmi batdı - ekipaj üzvü həlak oldu

Kiprdə qeydiyyata alınmış Cemfjord gəmisi Şotlandiyanın şimal-şərq sahili yaxınlığında qəzaya uğrayıb.

Publika.az-ın məlumatına görə, Şotlandiyanın sahil patrul xidmətinin rəsmiləri dənizə qərq olmuş gəminin səkkiz ekipaj üzvünün öldüyünü ehtimal edir.

Rəsmilər bildirib ki, Kiprdə qeydiyyata alınmış sement daşıyan Cemfjord gəmisinin ekipaj üzvlərinin axtarışları dayandırılıb. Gəminin ekipaj üzvləri yeddi polşalı və bir filippinlidən ibarət idi.

Almaniyanın yükdaşıma şirkəti Brise-ın sözçüsü deyib ki, təhqiqatçılar araşdırmalar aparacaq. Lakin hadisəyə yeganə səbəb kimi pis hava şəraiti göstərilir.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm