Pensiyaçıların robot nəvələri...
Bizi izləyin

Dünya

Pensiyaçıların robot nəvələri...

Cənubi Koreyada tənha pensiyaçılar arasında yeni trend sürətlə yayılır. Onlar robot "nəvə" almağa başlayıblar.

Publika.az xəbər verir ki, bu barədə "CNN" məlumat yayıb.

Cənubi Koreyadakı yaşlı insanlar uşaq formasında robotlar alırlar. Onlar bu robotlarla qarşılıqlı əlaqənin tənhalığın öhdəsindən gəlməyə kömək etdiyini bildirirlər.

Belə robotları istehsal edən şirlətlərdən biri də "Hyodol"dur. Şirkətin robotları 7 yaşlı uşağın səsi ilə ünsiyyət qurur, dərman xatırlatmaları edir, hətta emosiyalarını ifadə edə bilir. Süni intellektli, yumşaq, 40 santimetrlik robotlar sahibini "Səni bütün gün gözləyirəm" sözləri ilə sevinclə qarşılaya bilirlər.

Qiymətlər 879 dollardan (təxminən 1500 manat) başlayır. Ancaq belə robotların çoxu dövlət proqramları vasitəsilə tənha yaşlılara paylanılıb. 12 000 qocaya bu cür robotların verildiyi bildirilir.

69 istifadəçi üzərində aparılan bir araşdırma, cihazla altı həftəlik qarşılıqlı əlaqədən sonra depressiyanın azaldığını və idrak funksiyasının yaxşılaşdığını göstərib. Sosial işçilər dərin emosional bağlılıq halları da qeydə alıblar: pensiyaçılar robotlara ad verir, onlara paltar alır və onları yatızdırırlar.

Ləman

Oxumağa davam et
Reklam
Reklam

Gündəm