Rusiyadan Gürcüstana yük daşıyan tankerə Türkiyə sahillərində hücum edildi
Bizi izləyin

Dünya

Rusiyadan Gürcüstana yük daşıyan tankerə Türkiyə sahillərində hücum edildi

Rusiyadan Gürcüstana günəbaxan yağı daşıyan “Midvolga 2” tankeri Türkiyə sahillərindən 80 mil aralıda hücuma məruz qalıb.

Publika.az xəbər verir ki, bu barədə Türkiyə Nəqliyyat və İnfrastruktur Nazirliyi məlumat yayıb.

Açıqlamada bildirilir ki, tankerin mühərrikləri normal işləməyə davam edir və gəmi Sinop istiqamətində hərəkət edir.

Türkiyə agentliyi tankerin necə hücuma məruz qaldığı barədə ətraflı məlumat verməyib.

Tural

Oxumağa davam et
Reklam
Reklam

Gündəm