İsrailin Suriyadakı hücumları Ağ Evi narahat etdi
Bizi izləyin

Dünya

İsrailin Suriyadakı hücumları Ağ Evi narahat etdi

Donald Tramp administrasiyası İsrailin Suriya daxilindəki fəaliyyətlərindən narahatdır.

Publika.az xəbər verir ki, bu barədə "Axios" portalına adı açıqlanmayan ABŞ rəsmiləri danışıb. Bu narahatlıqların ABŞ prezidenti Donald Trampla İsrailin Baş naziri Benyamin Netanyahu arasında telefon danışığından sonra ortaya çıxdığını söyləyiblər.

Rəsmilər Ağ Evin Suriyaya hücum barədə əvvəlcədən məlumatlandırılmadığını bildiriblər. Onların sözlərinə görə, Tramp administrasiyası İsrailin hücumlarının ölkədəki sabitliyi poza biləcəyindən və İsrail ilə Suriya arasında potensial təhlükəsizlik müqaviləsi perspektivlərini sarsıdacağından narahatdır.

Bununla yanaşı, Suriya ictimaiyyətinin də hücumlarda uğradığı itkilərə görə qisas tələb etdiyi qeyd olunub.

Roza

Oxumağa davam et
Reklam
Reklam

Gündəm