Putinlə Kabayeva el arasına nişan üzükləri ilə çıxdılar - FOTOLAR
Bizi izləyin

Dünya

Putinlə Kabayeva el arasına nişan üzükləri ilə çıxdılar - FOTOLAR

Bir müddət əvvəl həyat yoldaşı Lüdmila Putinadan boşanan və bundan sonra barmağındakı nişan üzüyünü çıxaran Rusiya prezidenti Vladimir Putin ictimaiyyət qarşısına yenidən barmağındakı nişan üzüyü ilə çıxıb.

Rus mətbuatı xəbər verir ki, bunu təsdiqləyən kadrlar “LifeNews” telekanalının bugünkü verilişlərinin birində görüntülənib. Telekanalın stop-kadr elədiyi görüntülər Rusiya prezidentinin Misirin müdafiə naziri Əbdülfəttah əs-Sisi ilə bu gün - fevralın 13-də keçirdiyi görüşdə çəkilib.

Doğrudur, “LifeNews” telekanalı daha sonra bu tviti ləğv edərək həmin kadrın arxiv materialı olduğunu bildirdi. Amma nəzərə almaq lazımdır ki, həmin kadrlarda Putinin qalstuku və onun görüş keçirdiyi otağın interyeri kadrların bu gün çəkildiyini bir daha təsdiqləyir. Belə ki, Kremlin mətbuat xidməti də bu gün misirli nazirlə görüşdən eyni kadrları rəsmən yayımlayıb. Putin orada da həmin qalstukda və eyni interyerin fonunda əks olunur. /Virtualaz.org/

Oxumağa davam et
Reklam
Reklam

Gündəm