Ofisiant hesabı ödəməyən müştəriləri güllələdi
Bizi izləyin

Dünya

Ofisiant hesabı ödəməyən müştəriləri güllələdi

Bu gün səhər saatlarında pivəxanada qanlı olay baş verib.

Publika.az Türkiyə mediasına istinadən xəbər verir ki, Konyada yerləşən məşhur pivəxanada hesab üstündə mübahisə yaranıb. Pivəxana işçiləri müştəriyə hesabı təqdim etdikdə qarşı tərəf göstərilən məbləğə etiraz edib və bu zaman onlar arasında insident yaşanıb.

1 nəfərin ölümü, 2 nəfərin ağır yaralanması ilə nəticələnən olay Konyanın Selcuqlu mahalının Nalçacı küçəsində qeydə alınıb.

Belə ki, 28 yaşlı İbrahim S., 22 yaşlı Əli S., Məhəmməd U. və Məhəmməd Emin İşıq adlı dostlar spirtli içki qəbul etdikdən sonra 60 lirəlik hesabı ödəməkdən imtina ediblər. Onlar hesabı vermədən pivəxananı tərk etmək istəyiblər. Bunu görən pivəxananın işçiləri həmin 4 nəfərin ardınca çölə çıxıblar və onlardan hesabı ödəmələrini tələb ediblər. Məhz bundan sonra tərəflər arasında mübahisə yaranıb. Vəziyyətin gərinləşdiyini görən Məhəmməd U. belindəki tapançanı çıxarıb və 33 yaşlı ofisiant Rəcəb S.-yə atəş açıb. Sağ qolundan yaralanan ofisiant isə öz növbəsində, dərhal avtomobilinə doğru hərəkət edib və maşından götürdüyü tüfənglə hesabı ödəməkdən imtina edən 4 nəfərə doğru atəş açmağa başlayıb. Nəticədə, Məhəmməd Emin İşıq sinəsindən, İbrahim S. isə ayağından ağır yaralanıb.

Bir qədər sonra hadisə yerinə polis və təcili yardım əməkdaşları cəlb olunublar.

Qeyd edək ki, yolun ortasında qan içində yatan Məhəmməd Emin İşıq həkimlərin səylərinə baxmayaraq, hadisə yerindəcə dünyasını dəyişib. Pivəxanının divarının dibinə gizlənməklə özünü ölümdən qurtarmağa müvəffəq olan İbrahim S. isə təcili yardımla xəstəxanaya yerləşdirilib. Qolundan yaralanan Rəcəb S. də xəstəxanaya aparılıb.

Maraqlı məqam ondadır ki, Rəcəb S. təcili yardım maşınına minərkən öldürdüyü Məhəmməd Emin İşığın cəsədinə baxaraq “Sənə hələ ölmədinmi?” deyib. Bu, ətrafdakıların təəccübünə səbəb olub.

Hadisə zamanı qətlə yetirilmiş İşıqın cəsədi tibbi ekspertizaya göndərilib. Polis isə öz növbəsində, dostlardan Ali S.-ni yaxalasa da, Məhəmməd U. hadisə yerindən uzaqlaşmağı bacarıb. Hazırda onun barəsində axtarış elan olunub.

Vazeh

Oxumağa davam et
Reklam
Reklam

Gündəm