Parisdə peyğəmbəri təhqir edən jurnal ofisinə basqın: 11 nəfər öldürüldü -FOTOLAR
Bizi izləyin

Dünya

Parisdə peyğəmbəri təhqir edən jurnal ofisinə basqın: 11 nəfər öldürüldü -FOTOLAR

İki silahlı şəxs Fransanın paytaxtı Parisin mərkəzində “Charlie Hebdo” satirik jurnalın ofisinə basqın edib.

Publika.az-ın “Le Figaro” qəzetinə istinadən verdiyi məlumata görə, silahlı şəxslər nəşrin əməkdaşlarına atəş açıb.

Ölənlərin sayı haqqında informasiya hazırda dəqiqləşdirilir. Amma Fransanın “Ouest-France” qəzeti yerli televiziyaya istinadən 11 nəfərin həlak olduğunu, beşinin yaralandığını bildirib. “The Daily Telegraph” nəşri isə yeddi nəfərin öldüyünü xəbər verib. İlkin məlumatlara görə, atışmada 2 polis öldürülüb.

Qeyd edək ki, “Charlie Hebdo” dəfələrlə islamı təhqir edən yazılarla çıxış edib və 2012-ci ildə Məhəmməd peyğəmbərin karikaturasını yayıb. Jurnalın bu addımı müsəlman ölkələrində haqlı narazılığa və hətta qarşıdurmalara səbəb olmuşdu.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm