Baş redaktorun adı “Əl-Qaidə”nin “qara siyahısı”nda olub - FOTO
Bizi izləyin

Dünya

Baş redaktorun adı “Əl-Qaidə”nin “qara siyahısı”nda olub - FOTO

Parisdə iki silahlı şəxsin “Charlie Hebdo” satirik jurnalının redaksiyasına hücum nəticəsində həlak olanlardan biri də nəşrin baş redaktoru və karikaturaçı Stefan Şarbone olub.

Publika.az-ın “The Daily Telegraph” qəzetinə istinadən verdiyi məlumata görə, baş redaktor “Əl-Qaidə” terror təşkilatının “qara siyahısı”nda idi.

Stefan Şarbone adı “qara siyahı”ya Məhəmməd peyğəmbərin karikaturalarının dərcinə görə salınmışdı. “Le Parisien” nəşri qeyd edib ki, silahlıların hücumu zamanı redaksiyada iclas olub və iclasda nəşrin bütün əsas əməkdaşları olub.

Qeyd edək ki, “Charlie Hebdo” satirik jurnalı 1969-cu ildə fəaliyyətə başlayıb. 1981-ci ildə fəaliyyətini dayandıran jurnal 11 il sonra yenidən çap olunmağa başlanıb. Jurnal Danimarkanın “Jyllands-Posten” nəşrində dərc edilən Məhəmməd peyğəmbərin karikaturalarını 2006-cı ildə yenidən çap etməklə tanınıb.

“Charlie Hebdo” “Müsəlmanların günahsızlığı" filminə qarşı müsəlmanların etiraz etdiyi bir vaxtda - 2012-ci ildə Məhəmməd peyğəmbərin karikaturalarının yeni seriyasını dərc edib.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm