Ölən hər sərnişin üçün 100 min dollar ödəniləcək
Bizi izləyin

Dünya

Ölən hər sərnişin üçün 100 min dollar ödəniləcək

Malayziyanın “Air Asia” şirkəti “Airbus A320-200” tipli təyyarənin qəzası zamanı həlak olanların hər biri üçün ailələrinə 100 min dollar ödəyəcək.

Publika.az-ın RİA xəbər agentliyinə istinadən verdiyi məlumata görə, bu barədə şirkətin prezidenti Sunu Vidyatmoko bildirib.

Daha əvvəl bildirilirdi ki, aviaqəza qurbanlarının qohumları ailənin hər üzvü üçün 24 min dollar alacaq. Lakin İndoneziya hökuməti ölən hər bir sərnişin üçün 100 min dolların ödənilməsini təkid edib.

Xatırladaq ki, İndoneziyadan Sinqapura uçan “Airbus A320-200” sərnişin təyyarəsi 28 dekabr gecəsi radarlardan itib. Təyyarədə 155 sərnişin və 8 ekipaj üzvü olub. Axtarış əməliyyatı nəticəsində indiyə kimi 39 sərnişinin cəsədi tapılıb.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm