Sorosdan təhlükəli proqnoz: “Böhran yalnız erkən mərhələdədir”
Bizi izləyin

Dünya

Sorosdan təhlükəli proqnoz: “Böhran yalnız erkən mərhələdədir”

“Qərbin sanksiyaları Rusiya iqtisadiyyatına gözləniləndən daha güclü təsir edib”.

Publika.az-ın verdiyi xəbərə görə, bu barədə "Soros" İdarəetmə Fondunun sədri və “Açıq Cəmiyyət” İnstitutunun rəhbəri, amerikalı maliyyəçi Corc Soros “The New York Review of Books” nəşrində dərc etdiyi məqaləsində bildirib.

Onun sözlərinə görə, sanksiyalar neft qiymətlərinin kəskin düşməsi baş vermədən bu qədər effektiv ola bilməzdi: “Neftin aşağı qiymətləri və sanksiyalar Rusiyanı maliyyə böhranına saldı. Bəzi qiymətləndirmələrə görə, hazırkı vəziyyəti 1998-ci ildəki böhranla müqayisə etmək olar. Rusiya rublun sabitləşməsi üçün artıq 200 milyard dollardan çox xərcləyib. Bununla belə, böhran yalnız erkən mərhələdədir”.

Amerikalı maliyyəçi qeyd edib ki, Rusiyanın 2015-ci ildə yenidən maliyyələşməsi kanalları bağlanıb və ölkə xarici borcun ödənilməsi üçün ilin sonuna kimi 120 milyard dollardan çox xərcləməlidir. Soros hesab edir ki, sürprizlər olmasa, öhdəliklər yerinə yetirilməyə bilər.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm