Fransa hücuma məruz qaldı: “Fələstinə azadlıq, Fransaya ölüm!”
Bizi izləyin

Dünya

Fransa hücuma məruz qaldı: “Fələstinə azadlıq, Fransaya ölüm!”

Ötən gecə müsəlman hakerlər Fransanın Ezanvil və Qussenvil şəhərlərinin bələdiyyə saytlarını dağıdıb.

Publika.az-ın xarici mətbuata istinadən verdiyi məlumata görə, dağıdılmış saytların səhifələrində “İslam Dövləti” (İŞİD) təşkilatının simvolları və İŞİD-i müdafiə edən ifadələr yerləşdirilib.

Hakerlər “L'APoca-Dz” qrupuna daxil olduğunu bildiriblər. Dağıdılmış saytlarda “İslam Dövləti” Allahın iradəsi ilə olacaq. Fələstinə azadlıq, Fransaya ölüm, Şarllara ölüm” yazılıb.

Xatırladaq ki, yanvarın 7-də Fransanın “Charlie Hebdo” satirik jurnalının redaksiyasına silahlı hücum olub. Terror aktı nəticəsində 12 nəfər ölüb, 11-i yaralanıb.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm