Parisdə dörd girov öldürüldü – Son dəqiqə
Bizi izləyin

Dünya

Parisdə dörd girov öldürüldü – Son dəqiqə

Parisin 20-ci dairəsində yerləşən koşer mağazasında iki silahlı tərəfindən saxlanılan girovların azad edilməsi əməliyyatında 4 girov həlak olub.

Publika.az-ın verdiyi xəbərə görə, bu barədə “Reuters” xəbər agentliyi bildirib.

Girovlardan isə 4-nün ağır yaralı olduğu bildirilir. İddialara görə, əməliyyat zamanı mağazada 20 girov var idi.

Eyni zamanda bir sıra fransız KİV-ləri, həmçinin, BFMTV telekanalı həlak olanlardan birinin terrorçu olduğunu xəbər verib. Lakin bu informasiya hələlik təsdiqlənməyib. Qeyd edək ki, Fransa mətbuatı girovları saxlayan cinayətkarların 32 yaşlı Amedi Kulibali və 26 yaşlı Xayyat Bumedden olduğunu yazmışdı.

Onlar girovların azad olunması qarşılığında Parisin 50 kilometrliyində yerləşən Dammarten-an-Qoeledəki mətbəə binasında mühasirədə saxlanlılan Səid və Şərif qardaşlarının azad edilməsini tələb etmişdi. Lakin qardaşları Fransa polisinin keçirdiyi əməliyyatla öldürülüb.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm