“Nyu York Tayms”: Bu terror medianı ağıllandıracaq
Bizi izləyin

Dünya

“Nyu York Tayms”: Bu terror medianı ağıllandıracaq

“Mən Şarliyəm” (Je Suis Charlie) şüarı - bütün ölkələrin jurnalistlərini birləşdirən şüar olmamalıdır”.

Axar.az xəbər verir ki, “Nyu York Tayms”ın şərhçisi Devid Bruks belə düşünür. O yazır ki, redaksiyaya hücumun qəddarlığına baxmayaraq, baş verən bu hadisə bizi satiraya yanaşmamızın tərzi haqqında bir daha düşünməyə vadar etdi.

Onun fikrincə, bütün dünyada insanların əksəriyyəti “nəşrin ixtisaslaşdığı təhqiredici yumoru” fərqləndirə bilmirlər. Odur ki, zənnimcə, “Mən Şarliyəm” şüarı düzgün deyil. Bu şüar redaksiyanın nədən hücuma məruz qalmasına olan münasibəti real əks etdirmir”.

Bundan başqa, “Nyu York Tayms”ın şərhçisi jurnalistləri nəciblik və ehtiram standartlarına riayət etməyə çağırıb.

Bruks həmçinin əlavə edib ki, əgər “Şarli Hebdo”nun jurnalistləri ABŞ-da nə isə belə bir şey dərc etməyə cəhd göstərsəydilər, onların qəzeti heç 30 saniyə də yaşamazdı, redaktorların özlərini isə ksenofobiyada ittiham edərdilər. Jurnalist belə nəticəyə gəlir ki, amerikalılar ABŞ-ın özündə bunun sadəcə, əxlaqi-etik baxımdan mümkünsüz olduğunu bilərək, “Şarli Hebdo”nun Məhəmməd peyğəmbərin karikaturalarını dərc etməyini “cəsurluq” sanırlar.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm