Dünya
Ukrayna ordusu 4 əsgər itirdi
Son 24 saat ərzində Rusiyanın dəstəklədiyi separatçıların açdığı atəş nəticəsində 4 Ukrayna əsgəri həlak olub, 8-i isə yaralanıb.
Publika.az-ın məlumatına görə, ordu sözçüsü Andrey Lisenko bildirib ki, bu zaman ərzində qiyamçılar hökumət qüvvələrinə 30 dəfədən artıq raket və minomyotla atəş açıb. O, döyüşlərin artmasını Ukraynanın şərqinə Rusiyadan gələn “humanitar konvoy”la əlaqələndirib.
Donetsk şəhər adminsitrasiyasının vebsaytında bir adamın yaralandığı və hücumun şəhərin bir neçə ərazisində işıqların sönməsinə səbəb olduğu bildirilir. Bundan əvvəl şəhər rəsmiləri cümə axşamı şəhərin dörd rayonunun atəşə tuş gəlməsinin nəticəsində iki mülki şəxsin öldüyünü, 7-nin isə yaraldığını bildirib. Hücum nəticəsində bir sıra yaşayış binasının zədələndiyi də qeyd edilib.
Döyüşlər yanvarın 15-də Qazaxıstanın paytaxtı Astanada keçiriləcək görüş ərəfəsində artıb. Görüş zamanı Almaniya, Fransa, Ukrayna və Rusiya liderlərinin Ukraynadakı böhranı müzakirə edəcəkləri gözlənilir.
-
Hadisə21:48
Sumqayıtdan ACI XƏBƏR: partlayış zamanı xəsarət alan...
-
Magazin121:24
"Bəxtim kişi tərəfdən gətirməyib"
-
Art21:00
“Ermənilər bunu eşidib həyasızlıq saldılar” - VİDEO
-
Region20:36
Təbrizdə GÜCLÜ PARTLAYIŞ - Ölənlər var
-
Ekologiya18:24
DYP küləkli hava ilə əlaqədar XƏBƏRDARLIQ
-
Sosial17:57
Əhaliyə xəbərdarlıq: dekabrın 8-də...
-
Hadisə17:20
Tovuzda sexdə partlayış: Xəsarət alanlar var - Video/Yeniləndi
-
Sağlamlıq16:45
Qəhvə ömrü uzadırmış: gündə neçə fincan içmək lazımdır?