Fransa terrorunu araşdıran komissar intihar etdi - MÜƏMMA
Bizi izləyin

Dünya

Fransa terrorunu araşdıran komissar intihar etdi - MÜƏMMA

Fransanın paytaxtı Paris şəhərində Şarl Hebdo jurnalına silahlı basqını araşdıran polis komissarı Herlik Fredounun meyiti tapılıb.

Publika.az xəbər verir ki, fransa hökumətinin yaydığı məlumata görə, baş komissar depressiyaya düşərək intihar edib.

Amma hökumətin açıqlaması müəyyən şübhələrə səbəb olub. Komissarın iş yoldaşları rəsmi açıqlamanı rədd ediblər və Herlikin intihar etməsinə inanmadıqlarını bəyan ediblər. Onlar bildiriblər ki, Herlik Fredounu intihara vadar edəcək heç bir problem olmayıb. Onun depressiyada olması da inandırıcı deyil. Onlar Fredounun məqsədli şəkildə aradan götürüldüyünü ehtimal edirlər.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm