Separatçılar İsrail vətəndaşını oğurlayıb
Bizi izləyin

Dünya

Separatçılar İsrail vətəndaşını oğurlayıb

Ukraynanın Luqank vilayətinin separatçıların nəzarəti altında olan Perevalsk rayonunda İsrail vətəndaşı oğurlanıb.

Publika.az-ın Ukrayna mediasına istinadən verdiyi məlumata görə, bu barədə Ukrayna Daxili İşlər Nazirliyinin Baş idarəsinin mətbuat xidmətinin rəhbəri Tatyana Podukay “Facebook” səhifəsində yazıb.

Onun sözlərinə görə, İsrailin Ukraynadakı səfirliyindən İsrail vətəndaşı – 1963-cü il təvəllüdlü David Qorotovoqun tapılması xahişi ilə Severodoneski şəhərinin polis bölməsinə müraciəti daxil olub. Onun qohumlarının sözlərinə görə, David “Luqansk Xalq Respublikası” separatçılarının nəzarəti altında olan ərazidə qanunsuz olaraq azadlıqdan məhrum edilib. Onun separatçıların nəzarəti altında olan əraziyə neçə keçdiyi açıqlanmayıb.

Ukrayna Daxili İşlər Nazirliyi fakt ilə bağlı cinayət işini qaldırıb.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm