Parisə qoşun yeridildi
Bizi izləyin

Dünya

Parisə qoşun yeridildi

Parisdə üç gün davam edən və 17 nəfərin ölümünə səbəbə olan terror hücumundan sonra Fransa paytaxtına 500 əlavə qoşun göndərilib.

Publika.az-ın məlumatına görə, bu barədə ölkənin daxili işlər naziri Bernard Cazeneuve deyib. O deyib ki, ölkəni qorumaq üçün bütün lazımi addımlar atılır.

Şənbə günü keçirilən kabinet toplantısında cənab Cazeneuve Fransa təhlükəsizliyinin növbəti bir neçə həftə ərzində yüksək hazırlıq vəziyyətində olacağını bildirib.

O, bu gün keçiriləcək birlik yürüşündə təhlükəsizlik tədbirlərinə ciddi nəzarət ediləcəyini vurğulayıb. Terror qurbanlarının anılması üçün bu gün keçiriləcək yürüşdə Birləşmiş Krallığın Baş naziri David Cameron, Almaniya kansleri Angela Merkel, Türkiyə Baş naziri Ahmet Davutoğlu, İspaniya Baş naziri Mariano Rajoy və Rusiyanın XİN başçısı Sergey Lavrovun da iştirak edəcəyi gözlənilir.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm