Fransada nəhənglərin yürüşü başladı - VİDEO, FOTO
Bizi izləyin

Dünya

Fransada nəhənglərin yürüşü başladı - VİDEO, FOTO

Parisdə baş vermiş terror hadisələri ilə bağlı təşkil olunan Respublika Marşı başlayıb.

Axar.az xəbər verir ki, yürüşə 1 milyondan çox insanın qatılması gözlənilir.

Hazırda Parisin mərkəzində yüz minlərlə insan yürüşdə iştirak etmək üçün toplaşıb.

Həmçinin, bir neçə ölkənin hökumət və dövlət başçıları da yürüşə qatılmaq üçün Parisə yollanıb. Böyük Britaniya Baş naziri Devid Kemeron, Almaniya kansleri Angela Merkel, İsrail Baş naziri Binyamin Netanyahu, Türkiyə Baş naziri Əhməd Davudoğlu, Rusiya Xarici İşlər naziri Sergey Lavrov, o cümlədən İtaliya, İspaniya və 50-yə yaxın ölkə nümayəndəsi artıq Fransa Prezidenti Fransua Olland tərəfindən qarşılanb.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm