Pakistanda partlayış: 10 ölü, 1500 yaralı
Bizi izləyin

Dünya

Pakistanda partlayış: 10 ölü, 1500 yaralı

Pakistan polisinin yaydığı məlumata görə, Ravalpindi şəhərində növbəti terror aktı törədilib.

Məlumatda deyilir ki, partlayış şiələrin dini mərasimlərinin icra edildiyi binanın girəcəyində baş verib. Terrorçu binaya daxil olmaq istəyərkən təhlükəsizlik xidmətinin əməkdaşları onu saxlayıblar. Belə olan halda terrorçu üzərində olan partlayıcı qurğunu işə salıb.

Güclü partlayış nəticəsində terrorçunun özü və təxminən on nəfər həlak olub. Min beş yüz nəfərdən artıq yaralının olduğu bildirilir. Onların bir neçəsinin vəziyyəti daha ağırdır./AzərTac/

Oxumağa davam et
Reklam
Reklam

Gündəm