60 sərnişin yanaraq ölüb
Bizi izləyin

Dünya

60 sərnişin yanaraq ölüb

Pakistanda baş verən yol qəzasında 60 nəfər faciəli şəkildə həlak olub.

Publika.az-ın məlumatına görə, Kəraçi şəhərinə gedən avtobusun yanacaq daşıyan maşınla toqquşması nəticəsində yanğın baş verib. Nəticədə avtobusda olan sərnişinlərin əksəriyyəti yanaraq ölüb. 3 nəfər isə ağır yaralanıb. Pakistan polisinin məlumatına görə, qəzaya yanacaq daşıyan maşının sürücüsü səbəb olub. O, avtobusun yoluna çıxıb və toqquşma nəticəsində hər iki maşın aşaraq yanıb.

Maşınların sürücüləri özlərini vaxtında yerə ata biliblər. Günahkar sürücü qaçıb, polis onun axtarıçını davam etdirir.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm