Dünya
Rus hərbçi Ermənistanda 6 nəfərlik ailəni məhv etdi - TƏFƏRRÜATLAR (YENİLƏNİB)
Ermənistanın Gümrü şəhərində 6 nəfərin ölümü ilə nəticələnən cinayət hadisəsi barədə yeni təfərrüatlar məlum olub.
Publika.az-ın “İnterfaks” xəbər agentliyinə istinadən verdiyi məlumata görə, ailənin üzvləri AK-74 avtomat silahı ilə güllələnib.
Qətldə iştirakda şühhəli sayılan Rusiyanın Gümrüdəki 102 saylı hərbi bazanın hərbçisi Valeri Permyakov hadisə yerindən qaçıb. Onun bazanı icazəsiz tərk etdiyi deyilir. Hazırda onun axtarışları davam edir. Qətlin motivi hələlik məlum deyil.
Eyni zamanda Ermənistan KİV-ində informasiya çıxıb ki, qətli hansısa cinayətkar qruplaşma törədib və onun iştirakçılarından biri artıq Gümrü-İrəvan yolunda saxlanılıb.
Qeyd edək ki, öldürülənlərin hamısı bir ailənin üzvləridir. Onlar ər, arvad, onların qızı, oğlu, gəlini və azyaşlı nəvəsidir. Evdə cəsədlərdən başqa yaralı körpə tapılıb. Hesab edilir ki, cinayətkar onun öldüyünü güman edib.
***
Ermənistanın Gümrü şəhərində 6 nəfərin ölümü ilə nəticələnən cinayət hadisəsi baş verib.
Publika.az-ın “news.am” xəbər saytına istinadən verdiyi məlumata görə, öldürülənlərin hamısı bir ailənin üzvləridir.
Ər, arvad, onların qızı, oğlu, gəlini və azyaşlı nəvəsi odlu silahdan açılan atəşlə öldürülüb. İlkin məlumatlara görə, cinayətin törədilməsində Rusiyanın Gümrüdəki 102 saylı hərbi bazasının hərbi qulluqçusu şübhəli hesab olunur.
Ömər Dağlı
-
Region05:55
Qadın qızardılmış toyuq yedikdən sonra öldü - MÜƏMMA
-
Dünya04:44
Rusiya Yerə düşə biləcək asteroidlə bağlı XƏBƏRDARLIQ ETDİ
-
Sosial03:13
17 yaşlı qız şəxsiyyət vəsiqəsində "oğlan" kimi qeyd olunub? - TƏFƏRRÜAT
-
Sosial01:41
Qəzaya uğramış təyyarənin iki ekipaj üzvü artıq Bakıdadır - VİDEO
-
Sosial00:30
Məhəmmədəlinin anasından VİDA VİDEOSU
-
Qoroskop00:15
Günün ULDUZ FALI - Elə hadisələr baş verəcək ki...
-
MDB26 Dekabr 21:48
Qazaxıstanda Xəzərə çələnglər buraxıldı - FOTO
-
Hadisə26 Dekabr 21:24
Həlak olanların nəşi Aktaudan Vətənə gətirildi