Rəsmi etiraf: O qadın Türkiyədə olub!
Bizi izləyin

Dünya

Rəsmi etiraf: O qadın Türkiyədə olub!

Parisin 20-ci dairəsində yerləşən marketdə yanvarın 9-da insanları girov götürən Amedi Kulibalinin dini nikahlı həyat yoldaşı Hayyat Bumeddenin Türkiyədə olduğu rəsmi şəkildə təsdiqlənib.

Publika.az-ın Türkiyə mediasına istinadən verdiyi xəbərə görə, xarici işlər naziri Mövlud Çavuşoğlu Hayyat Bumeddenin Türkiyədə də olduğunu söyləyib.

Çavuşoğlu Bumeddenin 2 yanvar tarixində Madrid üzərindən Türkiyəyə gəldiyini, Kadıköydə bir oteldə qaldığını və yanvarın 8-də Suriyaya keçdiyini bildirib. Onun sözlərinə görə, qadın terrorçu ilə bağlı məlumatlar əldə edilən kimi Fransanın müvafiq orqanlarına çatdırılıb.

Bu gün isə Türkiyə təhlükəsizlik orqanları 26 yaşlı Hayyat Bumeddenlə əlaqədar sərhədi keçən bütün çarşablı qadınların ən kiçik detallara qədər yoxlanılmasına başlayıb.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm