Kadırov qisas alır - evləri yandırılacaq, 25 il həbs veriləcək, ölkədən sürgün ediləcək - QANUN
Bizi izləyin

Dünya

Kadırov qisas alır - evləri yandırılacaq, 25 il həbs veriləcək, ölkədən sürgün ediləcək - QANUN

Çeçenistan Respublikasının parlamenti terrorçuların qohumları üçün tətbiq olunan cəzaların sərtləşdirilməsini nəzərdə tutan qanun layihəsini Dövlət Dumasına təqdim edib.

Publika.az-ın “İnterfaks” xəbər agentliyinə istinadən verdiyi məlumata görə, qanun layihəsi terrorçulara kömək göstərdiyi sübuta yetiriləcəyi halda onların qohumlarının 25 ilə qədər azadlıqdan məhrum edilməsini nəzərdə tutur.

Əlavə cəza kimi terrorçunun qohumlarının bank hesablarının dondurulması və mülkiyyətin müsadirəsi təklif edilir. Çeçenistan parlamentinin spikeri Dukuvaxi Əbdülrəhmanovun sözlərinə görə, terrorçuya kömək faktı sübuta yetirilərsə, cinayət məsuliyyətini onun valideynləri və onun həddi-buluğa çatmış yaxın qohumları da daşıyacaq. O vurğulayıb ki, yaxın qohumların siyahısı qanunla müəyyənləşdiriləcək.

Qeyd edək ki, terror aktları törədən şəxslərin yaxın qohumlarının cəzalandırılması məsələsi ötən il dekabrın 4-də Qroznıda edilən hücumdan sonra aktuallaşıb. “Deyirlər ki, valideynlər oğulları və ya qızların hərəkətləri üçün cavab vermirlər. Mən rəsmən bildirirəm ki, bu dövrün sonu çatıb. Valideynlər oğulları və ya qızların hərəkətləri üçün cavab verəcəklər. Əgər Çeçenistan Respublikasında döyüşçü polis əməkdaşı və ya bir başqa insanı qətlə yetirəcəksə, döyüşçünün ailəsi dərhal Çeçenistan sərhədlərindən çıxarılacaq və evləri bünövrəsi ilə birlikdə dağıdılacaq”, - Çeçenistan Respublikasının prezidenti Ramzan Kadırov “Instagram” sosial şəbəkəsində yazmışdı.

O zaman terror aktında iştirak edən silahlıların, həmçinin onların yaxın qohumlarının evləri yandırılmışdı.

Rusiya prezidenti Vladimir Putinin ötən ilin 18 dekabr tarixində keçirdiyi illik mətbuat konfransında belə bir açıqlama verdiyi üçün Kadırova xəbərdarlıq etmişdi. Qroznıda 14 polisin qətlindən sonra Ramzan Kadırovun emosiyalarını anladığını deyən Putin eyni zamanda onun emosiyaları bu şəkildə ifadə etmək hüquqlarına malik olmadığını dilə gətirib.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm