Angele Merkel müsəlmanların yürüşündə iştirak edəcək
Bizi izləyin

Dünya

Angele Merkel müsəlmanların yürüşündə iştirak edəcək

Almaniya rəsmiləri ökədə anti-İslami yürüşlərin dayadırılması ilə bağlı çağırışlar edib.

Publika.az xəbər verir ki, ölkənin ədliyyə naziri Heiko Maas adamları Pegida-nın yürüşünə qatılmamağa çağırıb. O, “Pegida”nı Charlie Hebdo jurnalına və yəhudilərin supermarketinə edilən hücumdan "sui-istifadə" etməkdə ittiham edib.

Almaniyanın kansleri Angela Merkel isə çərşənbə axşamı Berlində müsəlman qurumlarının təşkil edəcəyi yürüşə qatılacağını bəyan edib.

Qeyd edək ki, ötən həftə Drezden şəhərində keçirilən yürüşə Pegida ("Qərbin İslamlaşmasına qarşı Vətənpərvər Avropalılar") qrupu 18 000 iştirakçı cəlb etmişdi. Lakin şənbə günü hakimiyyətin təşkilatçılığı ilə bu yürüşə qarşı keçirilən kütləvi aksiyaya 35 000-dək adam qoşulmuşdu.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm