Kadırovun tələbəsi “narkoman” çıxdı
Bizi izləyin

Dünya

Kadırovun tələbəsi “narkoman” çıxdı

Rusiyanın Kislovodsk şəhərinin Predqornıy rayon məhkəməsi şəhərin imamı Kurman-Əli Bayçorovu narkotik maddələri qanunsuz saxlamaqda ittiham edib.

Publika.az-ın “İnterfaks” xəbər agentliyinə istinadən verdiyi məlumata görə, məhkəmə ümumi rejimli koloniyada cəzasını çəkmək şərti ilə Barçarovu üç il altı ay azadlıqdan məhrum edib.

İmam həmçinin 50 min rubl (təxminən 1200 dollar) məbləğində cərimə ödəyəcək.

“Kavkaz-uzel.ru” saytının yazdığına görə, Bayçorov ona qarşı irəli sürülən ittihamları rədd edib. Onun tərəfdarları hesab edirlər ki, Kislovodskda məscidlərin tikintisi ilə bağlı sərgilədiyi mövqe dini xadimin həbs olunması üçün səbəb olub.

İmamın üzərindən 4,127 qram heroin 17 oktyabr 2013-cü ildə tapılıb. O, həmin gündən həbsdədir.

“Kavkaz-uzel.ru” saytının məlumatına görə, Bayçarov dini təhsilinə Çeçenistan Respublikasında başlayıb. Çeçenistanın mərhum prezidenti, hazırkı prezidentin atası Əhmət Kadırov onun birinci müəllimi olub. Kurman-Əli daha sonra İstambulun Mərmərə universitetdə təhsilini davam etdirib. O, Rusiyaya qayıdandan sonra Kislovodskda imamlığa başlayıb. Bayçarov 2013-cü ilin əvvəlindən Stavropol diyarında mufti müavini və Kislovodskda mərkəzi məscidin əsas imamı vəzifəsini yerinə yetirirdi.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm