Ukrayna 2004-cü ildəki anti-rekordu yenilədi
Bizi izləyin

Dünya

Ukrayna 2004-cü ildəki anti-rekordu yenilədi

Ukraynanın beynəlxalq valyuta ehtiyatları 2004-cü ilin səviyyəsinə düşüb.

Publika.az-ın verdiyi xəbərə görə, bu barədə Ukraynanın Milli Bankı bildirib.

Xəbərə əsasən, Ukraynanın qızıl-valyuta ehtiyatları 11 illik minimumu yeniləyib və 7,5 milyard dollara qədər azalıb. 2004-cü ilin fevralında bu göstərici 7,63 milyard dollar idi.

Ukrayna Milli Bankının məlumatlarına əsasən, qızıl-valyuta ehtiyatları 2014-cü ilin əvvəlindən 12,88 milyard dollar, yaxud 63,1 faiz azalıb.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm