İŞİD liderlərinin danışıqları deşifrə edildi: Avropaya kimlər yollanıb?
Bizi izləyin

Dünya

İŞİD liderlərinin danışıqları deşifrə edildi: Avropaya kimlər yollanıb?

ABŞ və İsrailin kəşfiyyatı terror təhlükəsi barədə Vatikana xəbərdarlıq edib.

Publika.az-ın xarici mətbuata istinadən verdiyi məlumata görə, iki ölkənin xüsusi xidmət orqanları turistlər adı ilə Avropaya “İslam Dövləti”nin (İŞİD) dörd üzvünün yollandığını bildirib.

Məlumata görə, İŞİD terrorçuların planlarında Vatikana, həmçinin İtaliyanın “Il Giornale” qəzetinə zərbə vurmaq var. Roma Papasının da təhlükədən xəbərdar edildiyi deyilir.

İtaliya kəşfiyyatı İsrail kəşfiyyat xidməti (“Mossad”) və ABŞ Mərkəzi Kəşfiyyat İdarəsindən (MKİ) sözügedən informasiyaları aldığını təsdiqləyib. Hazırda mümkün ssenarilər təhlil edilir, amma konkret təhlükələr göstərilmir.

Bundan daha əvvəl Almaniyanın “Bild am Sonntag” nəşri yazıb ki, Avropanı yeni terror aktları dalğası hədələyir. Məlumata görə, ABŞ xüsusi xidmət orqanları İŞİD qruplaşmanın liderləri arasındakı telefon danışıqlarının şifrələrini aça bilib. Amerika kəşfiyyatı hesab edir ki, Avropa paytaxtlarında, xüsusi olaraq Romada terror aktlarının tam seriyası gözlənilir.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm