İŞİD-in planı son anda dəyişdi: Paris terroru niyə gecikdi?
Bizi izləyin

Dünya

İŞİD-in planı son anda dəyişdi: Paris terroru niyə gecikdi?

İŞİD terror təşkilatı Fransanın “Charlie Hebdo” satirik jurnalına hücumu 25 dekabrda həyata keçirməyi planlaşdırsa da, plan son anda dəyişib.

Publika.az-ın Türkiyə mediasına istinadən verdiyi məlumata görə, Səid və Şərif Kuaşi qardaşları qanlı hücumdan əvvəl 4 dəfə jurnalın olduğu prospekt və binadan kəşfiyyat məlumatları toplayıb, kəşfiyyat hesabatını İŞİD-in mərkəzinə çatdırıblar.

İddiaya görə, Kuaşi qardaşları əldə etdiyi kəşfiyyat məlumatlarını İŞİD-in nəzarət etdiyi ərazidə internet xətlərinin işlədiyi tək şəhər olan Mosuldakı “müdafiə nazirliyi” ilə paylaşıb. Parisdəki ilk kəşfiyyat əməliyyatının 11 noyabr, son əməliyyatın isə 29 dekabrda həyata keçirildiyi bildirilir. Terror aktının son anda təxirə salınmasına səbəb isə lojistik dəstək probleminin yaranması olub. Məlumata görə, Parisin Orli hava limanında çalışan Əlcəzair əsilli iki Fransa vətəndaşı təşkilata dəstək verməkdən son anda imtina edib və İŞİD-in planları alt-üst olub.

İddiaya görə, terrorçular 25 dekabrda həyata keçiriləcək terror aktından sonra Orli hava limanına getməli, hava limanının 2 işçisinin verəcəyi silah və partlayıcılarla Fransa-Kanada təyyarəsinə minməliymişlər. Planda təyyarənin marşrutunun Mosul istiqamətində dəyişdirilməsi nəzərdə tutulub. Ancaq lojistik dəstəkdən imtina edən iki əlcəzairli bu planın pozulmasına səbəb olub.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm