Şimali Koreya lideri Putinin dəvətini qəbul etdi
Bizi izləyin

Dünya

Şimali Koreya lideri Putinin dəvətini qəbul etdi

Koreya Xalq Demokratik Respublikasının lideri Kim Çen İn 2015-ci ilin mayında Rusiyaya səfər etməyə razılıq verib.

Publika.az xəbər verir ki, bu barədə diplomatik mənbələrə istinadən Cənubi Koreyanın “The Korea Herald” nəşri bildirib.

Eyni zamanda mənbə qeyd edib ki, Kim Çen İnin ilk olaraq Rusiyaya, yaxud Çinə səfər edəcəyi hələlik məlum deyil. “Əgər Kim Çen İn ilk olaraq Rusiyaya gedəcəksə, o halda qəribə vəziyyət yaranacaq. Kim Çen İn və Si Szinpin Rusiya tərəfindən təşkil edilmiş tədbirdə bir masa arxasında oturacaqlar. Çin bu vəziyyətdə özünü narahat hiss edəcək”, - diplomatik mənbə əlavə edib.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm