Yanukoviçin axtarışa verilməsi aranı qatdı - İnterpol
Bizi izləyin

Dünya

Yanukoviçin axtarışa verilməsi aranı qatdı - İnterpol

İnterpol Ukraynanın eks-prezidenti Viktor Yanukoviçi deyil, Maydanın təşkilatçılarını axtarışa verməlidir.

Axar.az RİA Novosti-yə istinadla bildirir ki, bunu Rusiya Federasiya Şurasının Konstitusiya qanunvericiliyi komitəsinin sədri Andrey Klişas bildirib. “İnterpol artıq çoxdan Kiyevdə anti-konstitusyon çevrilişin və Ukraynanın şərqində, Odessada dinc əhalinin qətllərinin təşkilatçılarını axtarışa verməli idi”, - deyə Klişas agentliyə bildirib.

Xatırladaq ki, dünən İnterpolun saytında Yanukoviçin, oğlu Aleksandrın və eks-prezidentin ətrafındakı bir neçə məmurun axtarışa verilməsi barədə informasiya yayımlanıb. Klişasın fikrincə, İnterpol tez və ya gec Ukraynadakı dövlət çevrilişinin təşkilatçılarını axtarışa verəcək.

O qeyd edib ki, hələ Rusiya Yanukoviçin təhvil verilməsi haqqında rəsmi tələb almayıb. “Əgər belə tələb alınsa, onda Rusiyanın səlahiyyətli orqanları Rusiya qanunvericiliyinə müvafiq şəkildə hərəkət edəcəklər”, - deyə senator əlavə edib.

Qeyd edək ki, fevralın 22-də Ukraynada dövlət böhranı yaşanıb. Yeni hökumət Yanukoviçi və bir sıra keçmiş məmuru məsuliyyətə cəlb etmək istəyir.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm