ABŞ Konqresini partlatmaq istəyən İŞİD üzvü tutuldu - VİDEOLAR, SƏNƏDLƏR (YENILƏNİB)
Bizi izləyin

Dünya

ABŞ Konqresini partlatmaq istəyən İŞİD üzvü tutuldu - VİDEOLAR, SƏNƏDLƏR (YENILƏNİB)

ABŞ Konqresini partlatmaq istəyən İŞİD üzvü həbs edilib.

Publika.az xəbər verir ki, ABŞ Federal Təhqiqatlar Bürosunun əməkdaşları Ohayoda İŞİD tərəfdarı olan bir nəfəri Vaşinqtonda Konqresin binasını partlatmaq cəhdinə görə həbs edib.

İlkin məlumatlara görə, Kristofer Kornel adlı şəxs bomba hazırlamaq üçün müəyyən məlumatlar toplayıb və 600 mərmilik mövhumat satın alıb. Sonra Vaşinqtona səyahət edərək Konqresə hücum etməyi planlaşdırıb.

Hakim qarşısına çıxarılan şübhəli barəsində həbs qətimkan tədbiri seçilib.

Ədliyyə Nazirliyinin açqılaması və məhkəmə sənədlərindəki məlumatlara görə, "Rahil Mahrus Ubeydə" kimi də tanınan və IŞİD-ə simpatiyası olan 20 yaşlı Kristofer Li Kornel, əvvəlcədən Konqres və ətrafına yerləşdirdiyi bombaları partlatmalı və yaranmış qarışıqlıqdan istifadə edərək içəridən çıxan şəxsləri odlu silahdan atəş açmaqla qətlə yetirməyi planlaşdırıbmış.

Sənədlərdə Kornelin 2014-cü ilin yayından bu aya qədər Rahil Mahrus Ubaydə adı ilə Twitter hesapları yaratdığı və IŞİD-i təbliğ edən video, açıqlama və digər məlumatlar yaydığı bildilrilir.

Sənədlərə əsasən, Kornel FTB agentinə cihad tərəfdarı olduğunu və bu tipli aksiyalr planlaşdırdığını deyib. Eyni zamanda yeni bir qruplaşma yaradaraq İŞİD-lə müttəfiqlik etmək istədiyini də dilə gətirib. Həmçinin o, FTB agenti ilə Ohayo ştatının Çinçinnati şəhərində görüşü zamanı Konqres üzvlərini düşmən adlandırıb və onları məhv etmək üçün hazırladığı planından bəhs edib.

USA v Christopher Lee Cornell - Complaint

Oxumağa davam et
Reklam
Reklam

Gündəm