İsraildə ərəbdən Səddam Hüseynin tapançası tapıldı
Bizi izləyin

Dünya

İsraildə ərəbdən Səddam Hüseynin tapançası tapıldı

İsraildə sadə ərəbdən Səddam Hüseynə məxsus tapança tapıldı

İsrail polisi yerli sakindən keçmiş İraq prezidenti Səddam Hüseyn tərəfindən hədiyyə verilmiş tapançanı müsadirə edib. Nadir silah Kafr-Kasem şəhərindən olan 17 yaşlı fələstinlidən tapılıb.

Qiymətsiz əşya Kafr-Kasemdəki maşınların yoxlanışı zamanı aşkar edilib. Silahın tutqacında belə bir kəlmə yazılıb: “Vətənini qoruyan üçün İraq prezidenti Səddam Hüseyndən hədiyyə.”

Polis silahın hansı yolla İsrailə gəlib düşməsini araşdırır. Tapançanın sahibi silahı gəzdirmək haqda hüququ olmayıb. İraq diktatorunun hədiyyə etdiyi silah Beretta 92 tapançası olub.

Əvvəllərdə bu kimi hadisələrə rast gəlinib. 2010-cu il Britaniya kəşfiyyatının başçısı Con Soyersin qızının şam ağacı önündə Kalaşnikov silahı ilə çəkilmiş şəkili yayılıb. Sonradan məlum olub ki, silah onların əlinə iraq diktatorunun şəxsi kolleksiyasından düşüb.

Camalə

Oxumağa davam et
Reklam
Reklam

Gündəm