Rusiya Gümrüdəki bazasını xüsusi hazırlıq vəziyyətinə gətirdi - SON DƏQİQƏ
Bizi izləyin

Dünya

Rusiya Gümrüdəki bazasını xüsusi hazırlıq vəziyyətinə gətirdi - SON DƏQİQƏ

Rusiyanın Ermənistanın Gümrü şəhərindəki 102 saylı hərbi bazası xüsusi hazırlıq vəziyyətinə gətirilib.

Publika.az-ın Ermənistan mediasına istinadən verdiyi məlumata görə, bu barədə bazadakı Rusiya hərbi qulluqçularından biri “Facebook” səhifəsində yazıb.

Sözügedən informasiya bu gecə Rusiyanın bir neçə media orqanında da çıxıb.

Xatırladaq ki, dünən Ermənistanda Rusiya əleyhinə geniş etiraz aksiyaları keçirilib. Aksiya iştirakçıları 6 nəfər ermənini öldürən Rusiya vətəndaşı, Gümrüdəki bazanın hərbçisi Valeri Permyakovun Ermənistanda mühakimə olunmasını tələb ediblər. Rusiya tərəfi isə Valeri Permyakovun Rusiya Federasiyasının vətəndaşı olduğunu erməni tərəfinin diqqətinə çatdırıb. Qeyd olunub ki, Rusiya Federasiyası Konstitusiyasının 61-ci maddəsi hərbçinin Ermənistanın hüquq-mühafizə orqanlarına verilməsini qadağan edir.

Etiraz aksiyalarının iştirakçıları hərbi baza və Rusiyanın Gümrüdəki baş konsulluğuna yürüş təşkil ediblər. Polis avtoyürüş iştirakçılarının hərbi bazaya çatmasına imkan verməyib. Amma konsulluq qarşısında etiraz aksiyası baş tutub.

Bu gün isə İrəvan sakinləri Rusiya səfirliyi qarşısında etiraz aksiyası keçirməyi planlaşdırır.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm