Dünya
22 yaşlı xərçəng xəstəsi: “Sadəcə, yaşamaq istəyirəm”
“Sevgili Xərçəngim”adlı bloqun sahibi Emma Betts hələ 22 yaşındadır, çiynindəki xal üçün həkimə gedib və xərçəng xəstəsi olduğunu öyrənib. Ötən ilin yanvarında həkimlər ona “yaşamaq üçün üç ayın var” deyib.
Publika.az həkimlərin üç ay ömür müəyyən etdiyi qızın həyat hekayəsini təqdim edir.
Bu xəbəri eşidəndən sonra sevgilisi ona evlənmə təklif edib və nişanlanıblar. Həkimlər mart ayına qədər yaşayacağını demişdilər, hətta ona belə əmin deyildilər. Ona görə də mart ayına qədər evləndilər. Amma həkimlərin dediyinin əksinə, Bettsin ömrünə 9 ay daha əlavə olundu. Hələ də həyatda olan Betts sevdiyi şəxslə çox xoşbəxtdir. Yaşadıqları hər günü böyük bir nemət olaraq dəyərləndirirlər.
Betts xəstəliyə tutulandan sonra “Sevgili Xərçəngim” adlı bloq yaradıb. Bu bloqda xəstəlik diaqnozu qoyulandan sonra keçirdiyi hisslər, yaşadıqları barədə yazır.
Sonuncu dəfə bloqunda “karyeraya ehtiyacım yoxdur və uşaq sahibi olmaq məcburiyyətində deyiləm. Sadəcə, yaşamaq istəyirəm” sözlərini yazıb.
Melonama səbəb olan geni daşıyan Betts bundan sonra tək məqsədinin həyatı gözəlləşdirmək üçün nələrsə tapmaq olduğunu yazıb.
“Nə etsəm də, melonoma olacaqdım, çünki bu, mənim genimdədir. Ancaq gənclər tez-tez müayinə olunub, xallarındakı dəyişikliyə diqqət etməlidirlər”, – deyə Betts bildirib.
Haızrda Avstraliyada yaşayan gənc qadın bundan sonra nə qədər yaşayacağını bilmir.
Gülxar
-
Dünya14:08
Makronla Silvanın romantik pozaları gündəmi silkələdi - FOTO
-
Sosial13:47
Bu şəxslər pensiyaya 5 il erkən çıxacaq
-
Yaxın Şərq13:16
Mahmud Abbas ermənini nazir təyin etdi - FOTO
-
Sosial13:03
Sabah 25 dərəcə isti olacaq
-
Magazin112:31
Rəşad Dağlının oğluna görün nə hədiyyə etdilər - FOTO
-
İdman12:01
Corcina Ronaldodan geri qalmır: Görün nə oyun çıxardı - VİDEO
-
Nida Xəbər 11:31
Araikin müsahibəsi buna görə yayımlanmadı - Sensasion iddia
-
MDB11:15
Putin bu ölkələrlə birlikdə yeni müharibəyə başlayacaq - Hədəf onlardır