İrəvanda Rusiya bayrağını yandırmaq istədilər
Bizi izləyin

Dünya

İrəvanda Rusiya bayrağını yandırmaq istədilər

Hazırda Rusiyanın Ermənistandakı səfirliyi qarşısında etiraz aksiyası keçirilir.

Publika.az-ın Ermənistan mediasına istinadən verdiyi məlumata görə, etirazçılar Gümrüdə bir ailənin 6 üzvünü öldürən Rusiya hərbi qulluqçusu Valeri Permyakovun erməni tərəfinə verilməsini tələb edirlər.

Aksiya iştirakçıları etiraz əlaməti olaraq Rusiyanın bayrağını yandırmaq istəyiblər, ancaq polislər buna mane olublar. Polis insanların səfirliyə yaxınlaşmasına mane olmaq istəsə də, aksiya iştirakçıları mühasirəni yara bilib və aksiyanı səfirliyin binası qarşısında keçirmək mümkün olub.

Aksiya iştirakçılarının bir neçə yüz nəfər olduğu bildirilir. Onlar “Azad və müstəqil Ermənistan!", “Suveren Ermənistan!", “Permyakovu Ermənistanda mühakimə etmək!" kimi şüarlar səsləndiriblər.

Polislər insanları küçənin əks tərəfinə keçirməyə çalışsa da, hələlik buna müvəffəq olmur.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm