Ermənilər rusları azərbaycanca söydülər – CANLI
Bizi izləyin

Dünya

Ermənilər rusları azərbaycanca söydülər – CANLI

Ermənistan polisi Rusiya Federasiyasının İrəvandakı səfirliyinin qarşısında toplaşan etirazçıları ərazidən uzaqlaşdırmaqda çətinlik çəkir.

Publika.az-ın Ermənistan mediasına istinadən verdiyi məlumata görə, vəziyyət gərgin olaraq qalır, saxlanılanlar var. Kinorejissor Tiqran Xzmalyan da Rusiya səfirliyi qarşısında polis tərəfindən saxlanılıb.

Maraqlıdır ki, etiraz aksiyasının iştirakçıları Rusiya səfirliyi qarşısında rusların ünvanına Azərbaycan dilində söyüş söyüblər. (Qeyri-etik olduğundan söyüşü verə bilmirik – red.)

Xatırladaq ki, Rusiya səfirliyi qarşısında toplaşan vətəndaşlar Gümrü şəhərində Ermənistanın 6 vətəndaşını öldürən Rusiya hərbçisi Valeri Permyakovun mühakimə edilməsi üçün Ermənistana verilməsini tələb edir.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm