Dünya
Narkoman oğul pula görə atasını öldürdü
24 yaşlı gənc atasını qətlə yetirib.
Publika.az Türkiyə mediasına istinadən xəbər verir ki, hadisə Adanada Yüregir mahalı Havutlu məhəlləsində qeydə alınıb.
Hüquq mühafizə orqanlarının məlumatında bildirilir ki, Günay Ö. adlı gənc 6 ildir ki, mütəmadi olaraq narkotik maddə qəbul edir. Onun atası Nihat Ö. isə oğlunun narkotik maddə aludəçisi olduğundan xəbər tutduqda övladını müalicə almaq üçün razı salmağa çalışıb. Atanın çoxsaylı cəhdlərinə baxmayaraq, oğul müalicə olunmaq istəmədiyini deyib. Bu səbəbdən tərəflər arasında mübahisə yaranıb. Əsəblərini cilovlaya bilməyən ata hətta bir neçə dəfə oğlunu döyüb.
Sonuncu mübahisə də məhz bu səbəbdən yaranıb. Belə ki, Günay narkotik maddə almaq üçün atasından pul tələb edib. Nihat oğluna «yox» cavabı verdikdə Günay əsəbiləşib və atasını bıçaqlayıb. Nəticədə ata ağır bədən xəsarəti alıb. O, xəstəxanaya yerləşdirilsə də, həyatını xilas etmək mümkün olmayıb. Nihat Ö. reanimasiyada dünyasını dəyişib.
Günay Ö. isə polis əməkdaşları tərəfindən yaxalanıb. Bu vaxt o, fotoşəklini çəkmək istəyən jurnalistlərə hücum etməyə çalışıb. Lakin polis buna imkan verməyib.
Bir qədər sonra qan analizi vermək üçün xəstəxanaya aparılan oğul polisə verdiyi ifadəsində atasını səhvən qətlə yetirdiyini qeyd edib: «O, mənim atamdır. Kim atasını qəsdən öldürər? Bu, səhvən oldu». Jurnalistlərin «Atanız sizi döyürdü?» sualını Günay Ö. «Başımda 81 ilin izi var» deyə cavablandırıb.
Faktla bağlı araşdırmalar davam edir.
Vazeh
-
İdman13:26
Musa Qurbanlının Messi ilə FOTOSU yayıldı: Onlar necə görüşüb?
-
İdman13:01
"Real"ı yarımfinala daşıyan Luninin memar gözəlçəsi - FOTOLAR
-
Sosial12:31
Kəmaləddin Heydərov onu yüksək vəzifəyə təyin etdi - FOTO
-
Maraq dünyası12:00
May ayının şanslı BÜRCLƏRİ
-
Hadisə11:18
"Oğlan subay olub, qız isə..." - Bakıda gənclər hamamda necə ölüb? - VİDEO
-
Dünya10:41
Rusiya hərəkətə keçdi: Bu ölkə qırıcıları havaya qaldırdı
-
Avropa10:15
Zelenskini öldürmək istəyən şəxs bu ölkədə saxlanıldı
-
MDB09:48
Moskvada motosikletçini öldürən Şahin Abbasovun mənzilindən görün nə qədər pul tapıldı - FOTO