AŞ terrorizmlə mübarizəni gücləndirir
Bizi izləyin

Dünya

AŞ terrorizmlə mübarizəni gücləndirir

Yanvarın 15-də Avropa Şurası Nazirlər Komitəsinin növbəti iclasında terror aktlarına qarşı mübarizə məsələsi ətrafında müzakirələr aparılıb.

Yığıncaqda Parisdə və Monrujda 17 günahsız insanın həyatına son qoyan terror aktları qətiyyətlə pislənilib və quruma üzv olan 47 ölkənin rəhbərləri terrorizmə qarşı mübarizədə birgə əməkdaşlığı fəallaşdırmağa çağırılıb.

Nazirlər Komitəsinin iclasından sonra jurnalistlər qarşısında çıxış edən Avropa Şurasının baş katibi Torbyorn Yaqland bildirib ki, rəhbərlik etdiyi təşkilatın terrorizm probleminə ümumavropa yanaşmasına ehtiyacı var.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm