Putinin dostları “Anti-maydan” hərəkatı yaradırlar
Bizi izləyin

Dünya

Putinin dostları “Anti-maydan” hərəkatı yaradırlar

Rusiyanın ictimai xadimləri və siyasətçiləri “rəngli inqilab”ları ölkəyə buraxmamaq üçün “Anti-maydan” hərəkatı yaradırlar.

Publika.az-ın RİA xəbər agentliyinə istinadən verdiyi məlumata görə, bu barədə Rusiya Federasiya Şurasının üzvü, “Döyüş qardaşlığı” ümumrusiya ictimai təşkilatın birinci müavini Dmitri Sablin bildirib.

Hərəkatın təşəbbüs qrupuna Sablindən başqa, “Gecə canavarları” Ümumrusiya Motoklubun prezidenti Aleksandr Zaldostanov, “Böyük Vətən" Partiyasının həmsədri, yazıçı Nikolay Starikov, Əfqanıstan Veteranları Şurasının üzvü Vyaçeslav Şabanov, qaydasız döyüş üzrə dünya çempionu Yuliya Berezikov və başqaları daxildir. Hərəkətin manifestində deyilir: “Biz xaos və anarxiyanın olduğu rəngli inqilabları Rusiyaya buraxmamaq üçün bir oluruq”.

“Biz hazırda səslənən müasir çağırışları başa düşürük. Görürük ki, qardaş Ukraynada nələr baş verir. Bizim əsas məqsədimiz Rusiyaya “Maydan”ı buraxmamaqdır”, - rusiyalı senator vurğulayıb.

“Anti-maydan” hərəkatına kazaklar da qoşulur. Mərkəzi kazak qoşununun atamanın müqavini Andrey Şustrovun sözlərinə görə, müvafiq müraciəti 11 ataman imzalayıb.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm