Dünya bundan danışır - GÜNÜN FOTOSU
Bizi izləyin

Dünya

Dünya bundan danışır - GÜNÜN FOTOSU

Təzyiqli su jurnalistin ayağını yerdən kəsdi

Türkiyənin paytaxtı Ankada keçirilən etiraz aksiyaları zamanı çəkilən bir foto dünya mətbuatının diqqət mərkəzinə düşüb. Ans press-in məlumatına görə, aksiya zamanı əlində mikrafon olan jurnalist qadın polisin təzyiqli su vurması nəticəsində sanki havada uçub. Aksiya zamanı xəsarət alan isə "Ulusal TV"nin əməkdaşı olan Hüsna Sarı olub.

Dünya mətbuatının aparıcı nəşrlərindən olan "Times" bu fotonu "Gerçəyin soyuq zərbəsi" adlandırıb. "New York Times"də fotoları günün hadisələri sırasına salıb.

Qeyd edək ki, etiraz aksiyaları "Ergenekon" və "Balyoz" məhkumlarının həbs müddətinin azaldılmayacağı barədə qərardan sonra başlayıb. Ankarada 3 min insan parlament binasına yürüş etmək istəyib. Nümayişçilərə müdaxilə zamanı vurulan təzyiqli suyun hədəfi jurnalist olmuşdu. Suyun zərbəsindən metrələrlə uzağa sovrulan qadına ətrafdakılar kömək etmişdi.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm